Futbolçu Putinin şəklinə görə 300 min cərimələndi
“Lokomotiv” UEFA tərəfindən kəsiləcək cəzanın da futbolçunun maaşından tutulması variantını nəzərdən keçirir.
Futbolçu bu hərəkətini ölkə başçısına dəstəyini ifadə etmək üçün etdiyini bildirib: “Bu, mənim prezidentimdir. Mən ona hörmət edirəm və onu hər yerdə dəstəkləməyə hazıram”.
Qeyd edək ki, Dmitri Tarasov Avropa Liqasının 1/16 mərhələsi çərçivəsində İstanbulda “Fənərbaxça” ilə oyundan sonra üzərində Rusiya prezudentinin şəkli olan futbolkasını nümayiş etdirib. UEFA futbolçu barəsində intizam icraatına başlayıb.
“Lokomotiv” və “Fənərbaxça” arasında cavab oyunu fevralın 25-də Moskvada keçiriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


