Putinin administrasiyasında bomba həyəcanı

Putinin administrasiyasında bomba həyəcanı
  19 Fevral 2016    Oxunub:3011
Fevralın 18-i axşam saatlarında Rusiya prezidenti Vladimir Putinin administrasiyasında naməlum şəxsin zəngindən sonra axtarış aparılıb.
Bu barədə AzVision.az `İnterfax`-a istinadən xəbər verir.

Nəşr yazır ki, “Staraya ploşad” 4 ünvanında partlayış törədiləcəyinə dair məlumat daxil olub.

Hadisə yerinə dərhal müvafiq qurumların, o cümlədən FTX-nın əməkdaşları gəliblər.
Saytın hadisə yerində olan müxbiri bildirib ki, orada həqiqətən də müxtəlif qurumların çoxlu əməkdaşları və maşınları var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti