XİN rəhbərlərinin Tiflis görüşü başladı

XİN rəhbərlərinin Tiflis görüşü başladı
  19 Fevral 2016    Oxunub:2999
Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Tiflisdə üçtərəfli görüşü başlayıb.
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.

Gürcüstanın xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün XİN rəhbərləri səviyyəsində növbəti V görüşün keçirəcəyini bildirib: "Bizim münasibətlər aktiv şəkildə inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".

**

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflis şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak edən nazir E.Məmmədyarov Gürcüstanın xarici işlər naziri M.Janelidze ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olunub.

Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər.

Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti