Gürcüstana nə qədər qaz veriləcək?
O qeyd edib ki, ildə 1,5 mlrd. kubmetr həcmində SOCAR-ın hasil etdiyi qaz Hacıqabul-Qazax-Qardabani boru kəməri ilə, 1,5 mlrd. kubmetr isə "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana nəql olunacaq.
"Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Bununla da problem həll olunur".
Onun sözlərinə görə, müqavilə 2030-cu ilə qədər nəzərdə tutulur: "Müqaviləyə əsasən, Gürcüstandan keçən bütün tranzit qaz - "Şahdəniz-1", gələcəkdə "Şahdəniz-2", Rusiyanın tranzitə görə verdiyi qaz və SOCAR-ın qazı ilə birlikdə əhaliyə verilən sosial qazı təmin edəcəyik. Əlavə olaraq da kommersiya bazarında satışı həyata keçirəcəyik. Biz işlərimizi gələcəkdə davam etdirəcəyik".
R.Abdullayev Gürcüstanda qaza tələbatın artdığını deyib: "Tələbat artırdı, bizim isə əsas problemimiz fiziki qazın çatdırılması idi: "Bu da Gürcüstan tərəfini narahat edirdi. SOCAR Hacıqabul-Qazax-Qardabani xəttindən 1,5 mlrd. kubmetr qaz verə bilirdi. Cənubi Qafqaz Boru Kəməri vasitəsilə isə 800 mln. kubmetr "Şahdəniz" qazı nəql olunurdu. Gələcəkdə Gürcüstanın artan tələbatının hardan alınması məsələsi var idi. Bizə təklif etmişdilər ki, Hacıqabul-Qazax-Qardabani xəttinin imkanları artırılsın, amma bu da böyük investisiyalar tələb edirdi. Biz bu barədə də düşünürdük. Hətta müəyyən qədər də işlər görüldü".
Onun sözlərinə görə, "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri şirkəti və yatağın operatoru BP şirkəti ilə müzakirələr aparıldıqdan sonra isə yataqdan hasil olunan SOCAR-ın Türkiyə və Azərbaycan bazarında satmaq hüququ olan əlavə qazı Gürcüstana satmaq qərarı verilib: "SOCAR-ın 750 mln. kubmetrə yaxın sata biləcəyi əlavə qaz var idi. Biz əlavə qazdan Gürcüstana satmaq qərarına gəldik və bu müqavilələr imzalandı. Bununla da Gürcüstanın artan tələbatını ödəmək üçün 500 mln. kubmetrə qədər təbii qaz vermək imkanı yaratdıq. Bununla bağlı öhdəlik götürdük və məsələ həll olundu". (Report.az)
Teqlər: