Ruslar Ermənistanda yeni baza yaradır

Ruslar Ermənistanda yeni baza yaradır
  18 Mart 2016    Oxunub:2928
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri İrəvana səfər edərək, orada Rusiya-Ermənistan humanitar reaksiya mərkəzinin açılış mərasimində iştirak edəcək.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə ölkə FHN-ni xəbər yayıb.

Məlumata əsasən açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyan və bu ölkənin fövqəladə hallar naziri Armen Eritsyan da iştirak edəcək.

Məlumatda yeni mərkəzin əsas hədəfi kimi zəlzələ, torpaq sürüşməsinin xarakterik olduğu dağlıq regionlarda fövqəladə vəziyyət zamanı axtarış-xilasetmə işlərinin aparılması göstərilib.

Mərkəzin mütəxəssisləri böyük miqyaslı yanğınların qarşısının alması, humanitar yardımın çatdırılması, Ermənistan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin ixtisasının artırılması istiqamətində işlər görəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti