Gəncədə Novruz yarmarkası – FOTOLAR

Gəncədə  Novruz yarmarkası – FOTOLAR
  18 Mart 2016    Oxunub:3796
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılması məqsədi ilə təşkil olunub.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. kənd təsərrüfatı məhsullarını təqdim edirlər.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub, qiymətlərlə maraqlanıb, sakinlərlə həmsöhbət olub. Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Qorxmaz Əliyev, Sevda Quliyeva, Sadiq Rüstəmov və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.



Qeyd edək ki, yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.


Teqlər:





Xəbər lenti