`Neftin qiyməti artacaq` - OPEK-in baş katibi

`Neftin qiyməti artacaq` - OPEK-in baş katibi
  22 Mart 2016    Oxunub:2695
Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan neft ixracatçılarının görüşü uğurla başa çata bilər.
TASS xəbər verir ki, bunu neft ixrac edən ölkələr kartelinin (OPEK) baş katibi Abdullah əl-Bədri Avstriya paytaxtında təşkil olunmuş mətbuat konfransında çıxış zamanı deyib.

Əl-Bədrinin sözlərinə görə, tərəflər öncə neft hasilatı həcminin mümkün dondurulması üzrə razılığa gəlməli, daha sonra isə perspektiv vəziyyəti müzakirə etməlidirlər.

OPEK baş katibi onu da əlavə edib ki, neftin qiyməti artaraq «normal», lakin yüksək olmayan həddə çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti