Erməni əsgərlərə ailələrinə zəng etmək qadağan olundu

AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Təhlükəsizliklə əlaqədar valideynlər və hərbçilər arasında danışıqlara məhdudiyyətlər tətbiq olunur”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Xatırladaq ki, ötən gecə təmas xəttində baş verən atışma nəticəsində iki erməni əsgəri – Hamlet Xacoyan və Manvel Qriqoryan ordumuz tərəfindən məhv edilib.
Edar Tanrıverdiyev
AzVision.az