Erməni iki əsgər yoldaşını güllələyərək öldürüb

Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Belə ki, Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib.
İstintaq idarəsinin yaydığı ilkin məlumatlara görə, hərbçi onu təhqir edən Avetisyan və Aramyanı güllələyərək öldürüb.
İstintaq Komitəsi hələlik hərbçinin adının açıqlamayıb. Bununla belə ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.
Edar Tanrıverdiyev
AzVision.az