İrəvanda etiraz dalğası: Nalbandyan və Xaçaturovun istefası tələb olunur

AzVision.az-ın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, təşəbbüs qrupu tərəfindən Nalbandyan və Xaçaturov fəaliyyətsizlikdə və insan ölümü ilə nəticələnən vəziyyətə nəzarətsizlikdə ittiham edilir.
Bundan əlavə, etirazçılar erməni oliqarxlardan dövlət büdcəsinə beş milyon dollar köçürmələrini tələb edirlər. Oliqarxlar siyahısında Serj Sarksiyanın qardaşı Saşik, baş nazir Ovik Abramyan və digər hökumət rəsmiləri də var.
Toplanan məbləğ dövlət büdcəsində xüsusi hesaba köçürülməli və xərclənən vəsaitə ictimaiyyət nəzarət etməlidir.
Edar Tanrıverdiyev
AzVision.az
Teqlər: