Nazarbayev Azərbaycana gəlir
AzVision.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib. Onun sözlərinə görə, prezident bu il bir çox ölkələrə səfər edəcək:
“Biz Polşaya səfər edəcəyik. Payızda isə Serbiya dövlətində olacağıq. Eyni zamanda sentyabr ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çində “Böyük 20”-liyin samittinə qatılacaq. Daha sonra Yaponiya, Azərbaycan, Ermənistan və İordaniyaya səfər edəcəyik”.
AzVision.az