Qiyama görə 40 min nəfər tutulub - Binəli Yıldırım

Qiyama görə 40 min nəfər tutulub - Binəli Yıldırım
  18 Avqust 2016    Oxunub:1449
Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi ilə bağlı polis, hərbi, məhkəmə və digər qurumların əməkdaşları, habelə mülki şəxslər də daxil olmaqla 40 min 29 nəfər saxlanılıb.
Bunu Türkiyənin baş naziri Binali Yıldırım "TRT Haber"də canlı yayımda sualları cavablandırarkən deyib.

O, bildirib ki, 5 min 187 nəfərlə bağlı əməliyyatlar davam edir. Baş nazirin sözlərinə görə, dövlət çevrilişinə cəhddə iştirakına görə, 20355 nəfər həbs olunub.

79 min 900 dövlət qulluqçusu işdən azad edilib. 5014 nəfər dövlət orqanlarındakı vəzifələrindən kənarlaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti