`“Azərbaycan Gülən təhlükəsini ciddi qəbul edir` - Səfir

`“Azərbaycan Gülən təhlükəsini ciddi qəbul edir` - Səfir
  18 Avqust 2016    Oxunub:2311
“Azərbaycan Fətullah Gülən təhlükəsini ciddi qəbul edir və fərqli sahələrdə bununla bağlı ciddi tədbirlər görür”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun “Anadolu” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, azərbaycanlıların Türkiyədə baş verənlərlə maraqlanması başqalarından daha çox fərqlənir:

“ Azərbaycanda Türkiyədə baş verən hadisələri fərqli məcrada yozma meyilləri yoxdur. Azərbaycanda Türkiyədə baş verən hadisələrə maraq daha böyük idi. Bu da Türkiyəyə qəlbdən bağlı olan Azərbaycanın baş verən hadisələri doğru başa düşmək səmimiyyətindən irəli gəlir”.

O, Türkiyədə iyulun 15-də dövlət çevirilişinə cəhd və FETÖ-çulərə qarşı aparılan əməliyyatlar haqda Azərbaycan ictimaiyyətinin məlumatlandırdıqlarını bildirib:

Səfir əlavə edib ki, rəsmi Ankara beynəlxalq hüquq çərçivəsində ölkələrin daxili işlərinə qarışmadan, beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmət göstərir: “Dağlıq Qarabağın işğaldan azad edilib, əməkdaşlığın daha stabil əsasda qurulmasının tərəfdarıyıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti