Qadın paltarı geyinən İŞİD lideri tutuldu

Qadın paltarı geyinən İŞİD lideri tutuldu
  19 Avqust 2016    Oxunub:2766
İŞİD terror qruplaşmasının Şimal Əfqanıstan üzrə lideri Baz Məhəmməd adlı terrorçu polislər tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, Əfqanıstanın Cüzcan vilayətində ələ keçirilən terrorçu qadın paltarı geyinərək qaçmaq istəyib.

Lakin onun bu istəyi baş tutmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən biri olan Hafiz Səid Xan da məhv edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti