Davudoğlunun `sağ əli` tutuldu - FETÖ-ya görə

Davudoğlunun `sağ əli` tutuldu - FETÖ-ya görə
  19 Avqust 2016    Oxunub:2669
Türkiyədə Ankara Prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində ölkənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balık tutulub.
AzVision.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, G. Balık bu gün saxlanılıb.

Qeyd edək ki, G. Balık Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə nazirlikdə katib və xüsusi müşavir işləyib.

Məlumata görə, o, Əhməd Davudoğlunun Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə görüşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti