İncirlikdə nüvə silahı var - ABŞ təsdiqlədi

İncirlikdə nüvə silahı var - ABŞ təsdiqlədi
  19 Avqust 2016    Oxunub:2376
ABŞ Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra başlayan mübahisələrə son qoyaraq, İncirlik hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə təsdiqləyib.

AzVision.az-ın “Milliyyət”ə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Debora Li Ceyms məsələ ilə bağlı açıqlamasında bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib.

Bununla da o, İncirlikdə ABŞ-ın nüvə silahlarının olduğunu rəsmən təsdiqləmiş olub.

Qeyd edək ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra İncirlikdə olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti