Türkiyədə yenə terror: Ölən və yaralılar var

Türkiyədə yenə terror: Ölən və yaralılar var
  20 Avqust 2016    Oxunub:2681
Türkiyədə yenidən terror aktı törədilib.
AzVision.az "Hüriyyet"ə istinadən xəbər verir ki, Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib.

Hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya aparılan mülki şəxslərdən biri dünyasını dəyişib.

Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti