Almaniyada çadra qadağan olunur - Qalmaqallı təklif

Almaniyada çadra qadağan olunur - Qalmaqallı təklif
  20 Avqust 2016    Oxunub:2342
Almaniya Federativ Respublikasının federal və əyalət daxili işlər nazirləri pərəncə və çadranın qismən qadağan edilməsini təklif ediblər.
Dövlət təşkilatları, idarə və məktəblərdə üzü tamamilə örtən geyimlərə icazə verilməyəcək. Bu, avqustun 19-da Berlində keçirilən DİN rəhbərlərinin konfransının iştirakçıları tərəfindən qərara alınıb.

Qərara tabe olmamaq inzibati xəta hesab ediləcək. Qadağanın icra olunmasına yerli hüquq-mühafizə orqanları məsuliyyət daşıyacaq.

AFR-in daxili işlər nazirləri polis əməkdaşlarının sayının 15 min nəfər artırılması, ictimai yerlərdə xarici müşahidə kameralarının sayının çoxaldılması barədə də qərar qəbul ediblər və xüsusi xidmət orqanlarının səlahiyyətinin genişləndirilməsini tələb ediblər.

Tədbir iştirakçılarının fikrincə, bu addımlar terror təhlükəsinə qarşı mübarizənin gücləndirilməsinə və hüquqpozmalarının, məsələn, son dövrdə artan oğurluq hallarının azaldılmasına kömək etməlidir. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti