Türkiyə 300 diplomatını geri çağırıb

Türkiyə 300 diplomatını geri çağırıb
  21 Avqust 2016    Oxunub:1345
Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarında çalışan 300 diplomat ölkəyə çağırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomatların geri çağırılması Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq tədbirləri ilə əlaqədardır.

Prokurorluq FETÖ-nün təhlükəsizlik, məhkəmə, siyasət, təhsil və iş dünyası ilə bərabər diplomatik sahədə təşkilatlanmasını da araşdırır.

Türkiyə Xarici İşlər Nazirliyi FETÖ ilə əlaqəsi olunan diplomatların vəzifələrindən uzaqlaşdırılacağını, FETÖ ilə əlaqəsi olmayanların isə vəzifələrinin icrası üçün diplomatik missiyalara geri qaytarılacağını açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti