`Bu hadisədən çox hiddətləndik` - Məmmədyarov

`Bu hadisədən çox hiddətləndik` - Məmmədyarov
  22 Avqust 2016    Oxunub:3325
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti