Polis Gülənin `Super İmam`ını axtarır

Polis Gülənin `Super İmam`ını axtarır
  22 Avqust 2016    Oxunub:3000
Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) ikinci şəxsi “Uzun Cevdət” ləqəbli Cevdət Türkyolunun axtarışlarını davam etdirir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, onun saxlanılması üçün aparılan əməliyyat zamanı aralarında qardaşlarının da olduğu 12 qohumu saxlanılıb.

Polisin saxlanılan şəxslərin evində apardığı axtarış zamanı çox sayda Fətulah Gülənə aid kitablar, terror təşkilata aid sənədlər və.s tapılıb.

Qeyd edək ki, “Uzun Cevdət” ləqəbli Cevdət Türkyolu Fətullah Gülənin “Super İmamı” sayılır. O, faktiki olaraq FETÖ-nün Güləndən sonra ikinci şəxsidir. Hazırda onun Gülənin 1999-cu ildən bəri yaşadığı Pensilvaniyadakı iqamətgahının yaxınlığında yerləşən 3 mərtəbəli villada ailəsi ilə birlikdə yaşadığı bildirilir.

Türkyolu FETÖ-nün qeyri-leqal fəaliyyətlərinin ideya müəllifi və həyata keçiricisi kimi tanınan “Uzun Cevdet”in Sakaryada 24, İstanbulda 11, İzmitdə 3, Ankarada 1 mülkünün olduğu təsbit edilib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti