Zəlzələdə ölənlərin sayı 73-ə çatdı - 3 şəhər dağılıb
Hazırda təbii fəlakətdən sonra dağ rayonlarında sağ qalanların axtarışı davam edir.
**
12:15
İtaliyada baş verən zəlzələdə ölənlərin sayı artıb.
AzVision.az ın məlumatına görə, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində 37 nəfərin öldüyü məlum olub. Qeyd olunub ki, bir ailə dağıntıların altında qalaraq ölüb. Təqribən 100 nəfər itkin düşüb.
Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.
**
10:03
İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.
Güclü zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısı dağılıb, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.
Hazırda xilasetmə əməliyyatları davam edir.
AzVision.az