İrəvanda dəhşətli qətl: Qonşu qonşunu...

İrəvanda dəhşətli qətl: Qonşu qonşunu...
  24 Avqust 2016    Oxunub:3276
Ermənistan paytaxtı İrəvanda yaşlı kişi qaraj üstündə qonşusunu bıçaqlayıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən ötən gün təxminən saat 22:30-da paytaxtın Avan rayonunda binalardan birinin liftində kişi meyitinin aşkarlanmasına dair Ermənistan polisinə siqnal daxil olub.
Bir qədər sonra isə həmin ərazidə qarajın alışması, həmin obyektə bıçaqlı şəxsin olmasına dair məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları qarajın yanmasına görə 73 yaşlı Edmond S-lə 40 yaşlı Aleksandr Berqelovun mübahisə etdiyini müəyyənləşdiriblər.

Mübahisə zamanı 73 yaşlı Edmond S qonşusuna bir neçə bıçaq zərbəsi vurub. Yaralanan şəxs liftə ölüb.

Edmond S polis tərəfindən saxlanılıb. Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti