`İŞİD terror təşkilatını siləcəyik` - Çavuşoğlu

`İŞİD terror təşkilatını siləcəyik` - Çavuşoğlu
  24 Avqust 2016    Oxunub:1867
“Türkiyə ordusunun tankları Cerablus istiqamətində Suriya sərhədini keçib”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Azad Suriya Ordusu da əməliyyatda iştirak edir:

“Türkiyənin cənubundan İŞİD terror qruplaşmasını siləcəyik. Çünki, Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəldi. Salih Müslüm, PKK-nın Suriya qolu PYD niyə narahat oldu? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaq, kantonlar qurmaq olmasaydı, niyə narahat olurdu? PYD qüvvələri Fərat çayının şərqinə keçməməlidir”.

Çavuşoğlu deyib ki, Türkiyənin məqsədi ölkəyə qarşı təhdidləri aradan qaldırmaqdır:

“Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. Bizim İŞİD-dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti