“AŞPA-da ayrı-seçkiliyə son qoyulmalıdır” - Səməd Seyidov
AŞPA-nın yeni seçilən prezidenti Assambleyada birliyin, vahid mövqeyin təmin edilməsinə nail olacağına və yaranmış böhranı aradan qaldıra biləcəyinə ümid edir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, Assambleyada çıxış edən şəxs təqdir olunmayan ölkəni təmsil etdikdə, o da təqdir edilmir və onun çıxışına şübhə ilə yanaşılır. Bunun yaxşı presedent olmadığını diqqətə çatdıran S.Seyidov irqi, dini ayrı-seçkiliyin, insanlara inamsız yanaşmağın mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Belə yanaşmaların, fərqliliklərə dözümsüzlüyün nəticəsini görmüşük. Keçən əsrin ortalarında yəhudilərə qarşı genosid məhz belə yanaşmanın nəticəsi olub”, - deyən S.Seyidov belə məruzələrin ayrı-seçkiliyin aradan qaldırılmasına töhfə verəcəyinə inandığını bildirib. O, məruzənin təqdirəlayiq olduğunu və onun lehinə səs verəcəyini qeyd edib.(AzərTac)
AzVision.az
Teqlər: AŞPA Səməd-Seyidov