"Anam dedi ki, südüm sənə haram olsun" - Məhbus qadın (VİDEO)
Mehriban Hüseynova (cəzası 6 il): "Anam rəhmətə gedəndən sonra atam yenidən evləndi. İkinci sinifdə məktəbdən çıxardıb tarlada işləməyə qoydular. Evdəki söz-söhbətlərdən bezib, təzə tanış olduğum oğlanla qaçdım. Atama zəng elədim dedi ki, mənim sən adda qızım yoxdur. 8 ay ailəli oldum. Yoldaşım məni küçənin ortasına atdı. Rayona qayıdıb marketdə, kafedə işlədim. Bir qızla tanış olub yaxınlaşdıq, Bakıya gəldik. 3 kq narkotik var idi. Mən tutuldum, atama zəng elədim. Yenə geri çevirdi. Narkotik istifadəçisi deyiləm. Atam üçün çox darıxıram. Amma o, məni istəmir. Mən istəməzdim belə olsun".
AzVision.az
Teqlər: Həbsxana Məhbus Qadın Rezonans







Vaxtında, Aydın, Lazımlı!


