Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  25 Dekabr 2017    Oxunub:1559
Dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən qeyd edilən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: Gəncə   DİN  





Xəbər lenti