Qəza Nəsimi rayonunu qazsız qoydu
Məlumata görə, avtomobil qaz borusuna çırpılıb. Nəticədə Mir Cəlal küçəsi və 20 Yanvar küçəsində yerləşən bir çox binalarda qazın verilişi dayandırılıb.
Nəsimi Rayon Qaz İstismar Sahəsindən bildirilib ki, hazırda qaynaq işləri aparılır, təmir bitdikdən sonra qazın verilişi bərpa ediləcək.
AzVision.az