Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan
AzVision.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AzVision.az