Gömrükdə bir ildə nələr aşkar edilib? - Aydın Əliyev açıqladı

Gömrükdə bir ildə nələr aşkar edilib? - Aydın Əliyev açıqladı
  30 Yanvar 2018    Oxunub:2614
2017-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “Xalq” qəzetində dərc olunan məqaləsində yazıb.

Komitə sədri bildirib ki, “Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.

Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 16310 qram civə, 301200 manat dəyərində 300400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefonların aksesuarları, 590026 manat dəyərində 119105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41645 qram partlayıcı maddələr, 1314250 ədəd pirotexniki məmulatlar, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silahlar, 64 ədəd səs-siqnal patronları, 12 ədəd zirehli texnikanın periskopu, 135309 manat dəyərində 11981 ədəd tibb ləvazimatları, 117635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub.

2017-ci il ərzində gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 4 top və 13000 ədəd ofset üsulu ilə çap edilmiş müxtəlif əmtəə nişanlarının etketləri aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görulməsindən ötrü məhkəmə orqanlarına göndərilib.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 534536 manat dəyərində 5687445 ədəd xaricdə istehsal olunan siqaretlər, 19051 manat dəyərində 1593 litr spirtli içkilər saxlanılıb.

AzVision.az


Teqlər: DGK   Aydın-Əliyev  





Xəbər lenti