Ucarda sahibkarlar üçün treninq keçirilib

Ucarda sahibkarlar üçün treninq keçirilib
  28 Fevral 2018    Oxunub:1416
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ucarda sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninq "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı, ixracyönümlü məhsulların təşviqinin stimullaşdırılması, investisiya təşviqi sənədinin verilməsi ilə bağlı mövzuları əhatə edib.

Treninqdə iştirakçılar brendləşmənin xüsusiyyətləri, yeni ixrac bazarları, ixracatçılara tətbiq edilən güzəştlər, investisiya təşviqi sənədini alanlara təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə məlumatlandırılıb.

Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, apellyasiya şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib

AzVision.az


Teqlər: Ucar   Sahibkar  





Xəbər lenti