Naxçıvan şəhərində 19355 yeni iş yeri yaradılıb

Naxçıvan şəhərində 19355 yeni iş yeri yaradılıb
  01 Mart 2018    Oxunub:1694
2008-ci ildən 1 yanvar 2018-ci il tarixədək Naxçıvan şəhərində 19355 yeni iş yeri yaradılıb ki, bunun da 17200-ü və ya 88,9 faizi daimi iş yeridir.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, Naxçıvan şəhərində 1 yanvar 2018-ci il tarixə məşğul əhalinin sayı 53,7 min nəfər olub ki, bu da muxtar respublika üzrə ümumi məşğul əhalinin 22,8 faizini təşkil edir. 2017-ci ildə Naxçıvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2007-ci ildəki göstəricini 2,7 dəfə üstələyərək 438 manata çatıb.

Naxçıvan şəhərində əhalinin sayı 1 yanvar 2018-ci il tarixə 92970 nəfər olub ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 28 faiz çoxdur.

AzVision.az


Teqlər: Naxçıvan   İş   Statistika  





Xəbər lenti