Oğurluqla məşğul olan şəxslər tutulub
Ötən il oktyabrın 29-da Bakı şəhər sakini Coşqun Hüseynovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Heydər Qəniyev Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Fevralın 25-də Gəncə şəhərindəki mağazaların birindən 55 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Sərdar Pənahov və Bakı şəhər sakini Aydın Həsənov Kəpəz RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Eyni zamanda Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Elnur Hümbətova məxsus sexdən 100 kiloqram mis oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ceyhun Əliyev saxlanılıb. Saxlanılan şəxslərin ətrafında araşdırma aparılır.
AzVision.az