Palata bankların dəyərləndirilməsini aparacaq

Palata bankların dəyərləndirilməsini aparacaq
  12 Mart 2018    Oxunub:1649
Banklarda hesabların açılması ilə bağlı sorğu anketi tərtib ediləcək və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların dəyərləndirilməsi aparılacaq.
AzVision.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Ekspert Qrupu arasında görüş keçirilib. Görüşdə banklarda müxbir hesabların açılması, aparılması və bağlanılması qaydaları, bankların müxbir əlaqələrinin möhkəmləndirilməsinə, o cümlədən müxbir hesabların vahid təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Qərara alınıb ki, banklarda hesabların açılması ilə bağlı sorğu anketi tərtib edilsin və palata tərəfindən bankların dəyərləndirilməsi aparılsın.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

AzVision.az


Teqlər: Palata   Bank  





Xəbər lenti