Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
  14 Mart 2018    Oxunub:1803
Bakıda mənzildən 49 yaşlı kişi meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1969-cu il təvəllüdlü Qəzvinli Elşad Nadir oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti