Büdcənin iki aylıq gəliri 2609,5 milyon manat olub

Büdcənin iki aylıq gəliri 2609,5 milyon manat olub
  17 Mart 2018    Oxunub:1759
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2609,5 milyon manat, xərcləri 2469,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumata görə, büdcənin icrasında 139,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.

AzVision.az


Teqlər: Maliyyə-Nazirliyi   Büdcə   Gəlir   Xərc  





Xəbər lenti