Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə gənclərin şəhərinin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, Gəncə gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.
Gəncə Dövlət Universitetinin baş müşaviri Asif Cavadov qeyd edib ki, prezident seçkisində hər kəsin fəal iştirak etməsi, səsvermə hüququndan yararlanması, dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstək deməkdir.
Gənclərdən Nərmin Əliyeva, Cavid Mustafayev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərinə, Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətini böyük ruh yüksəkliyi ilə dəstəkləyəcəklərini bildiriblər.
Teqlər: