Mərkəzi Bank uçot dərəcəsini 11%-ə endirib

Mərkəzi Bank uçot dərəcəsini 11%-ə endirib
  09 Aprel 2018    Oxunub:1104
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13 faizdən 11 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı-yuxarı həddi +-3 faiz müəyyənləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.

AzVision.az


Teqlər: Manat   AMB  





Xəbər lenti