“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olunub
Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Ramiz Mehdiyev Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş Komitə sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
Qeyd edək ki, Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.
AzVision.az
Teqlər: Rövşən-Rzayev