Palata “Azərkosmos”u yoxlayıb

Palata “Azərkosmos”u yoxlayıb
  03 May 2018    Oxunub:1233
Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib.
AzVision.az Palataya istinadən xəbər verir ki, iclasda “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

AzVision.az


Teqlər: Azərkosmos  





Xəbər lenti