Ərdoğan iyulun 10-da Bakıya gələcəyini təsdiqlədi
Türkiyə prezidenti bildirib ki, bununla başladılan ənənənin davam etdirəcək: “Ənənəmizə uyğun olaraq ilk xarici səfərimizi iyulun 10-da Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edərək ənənəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniştərkibli görüş keçirəcək.
Görüşlər zamanı yüksək səviyyədəki əlaqələri və iş birliyinin daha da inkişaf etdirilməsi müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Kənan Məmmədov
AzVision.az
Teqlər: İlham-Əliyev Ərdoğan Səfər