Əli Əhmədov nazirlərlə iclas keçirib
Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önəmini vurğulayıb. O əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyaların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaracaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstərəcək.
İclasda komissiyanın fəaliyyətinə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.
Azvision.az
Teqlər: NazirlərKabineti