Nazir müavini Qəbələdə vətəndaşları qəbul edib
Qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Rayon sakinləri ölkə Prezidenti tərəfindən vətəndaşların bölgələrdə qəbulu və müraciətlərinə baxılması ilə bağlı yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Səfər çərçivəsində həmçinin, Qəbələ “ASAN” xidmət mərkəzində ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi, məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına
dönmədən əməl olunması vurğulanıb.
Azvision.az
Teqlər: Ədliyyə Vətəndaş Qəbul Qəbələ