Deputatlığa namizədliyini geri götürənlərin sayı məlum oldu
Azvision.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, hazırda deputatlığa namizədlərin sayı 1380 nəfərdir. Belə ki, indiyə qədər namizədliyi qeydə alınmış 1637 nəfərdən 257-si deputatlığa namizədliyini geri götürüb.