Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.
Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin yanvar ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Qeyd olunub ki, yanvar ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 182 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 81 min 100 manat olub, cəmi 1 milyon 996 min 400 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 95,9 faizini təşkil edir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Naxçıvan