Yanvarda Azərbaycana 1183 çinli turist gəlib
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.
Çin bazarının turizm üçün əhəmiyyətli olduğunu deyən O.Bədəlov qeyd edib ki, 2020-ci ildə Çindən Azərbaycana 40 minə yaxın turistin səfəri gözlənilirdi. Amma koronavirusun yayılması nəinki Azərbaycanın, əksər ölkələrin Çin bazarı ilə bağlı planlarını dəyişdi.
"Bu, Azərbaycan üçün müvəqqəti xarakter daşıyır. Bu günə qədər Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Çinlə bağlanan bütün müqavilələr və sazişlər qüvvədədir. Virus təhlükəsi yox olandan sonra Çinlə turizm sahəsində əməkdaşlıq yenidən bərpa olunacaq".
Aytən Zəhra
Azvision.az