Ərdoğan Bakıya gəldi - FOTO (YENİLƏNİB)
***
(11:02)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.
Azvision.az xəbər verir ki, Ərdoğan səfərdən öncə Ankaranın Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya gəlir.
***
(09:27)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərə gəlir.
Azvision.az xəbər verir ki, Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.
İclasda iki ölkə arasında əlaqələrə mühüm töhfə verəcək bir sıra sazişlərin imzalanacağı bildirilir.
Pərvanə Sultanova
Azvision.az