Dəniz Akademiyasında dezinfeksiya işləri aparılıb
ASCO-da mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetirilir. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Dezinfeksiya işləri ilə paralel ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. “Dənizçilər poliklinikası” MMC-nin həkimləri mütəmadi olaraq virusun əlamətləri və virusdan qorunma yolları barədə əməkdaşlara məlumat verirlər.
Koronavirus ilə bağlı ASCO-da vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274-30-82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.
Azvision.az
Teqlər: ASCO