Milli Məclisin plenar iclasları dayandırılmayıb - RƏSMİ
O bildirib ki, parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı xəbərlər yanlışdır: “Bu məsələ ilə bağlı hər hansı ajiotaj yaratmağa ehtiyac yoxdur. Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Amma parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı hər hansı qərar qəbul edilməyib. Plenar iclas keçiriləcəyi halda ictimaiyyətə məlumat veriləcək”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis