Nazir diplomatlarla videokonfrans formatında görüşdü - FOTO
Səfir, həmçinin koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar yaranmış hazırkı durumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin istər koronavirusa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusla əlaqələndirmə işində vacib rol oynadığını qeyd edib.
Nazir Elmar Məmmədyarov öz növbəsində, Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq mövzusunda xüsusi sessiyasının çağırılması təşəbbüsü, habelə fransız dilinin Azərbaycanda yeri və təşviqindən danışıb.
Nazir, həmçinin səfirlərin suallarını cavablandıraraq, koronavirus infeksiyası ilə bağlı vəziyyət, Azərbaycanın dövlət sərhədlərinin yenidən açılması və beynəlxalq uçuşların bərpası perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Elmar Məmmədyarov fransızdilli səfirlər qrupunun Azərbaycanda hər il ənənəvi təşkil edilən “frankofoniya həftəsi” tədbirlərinə dəvətini məmnuniyyətlə qəbul edib.
Azvision.az